Elser Kadri
İntizarəm yenə də sağəri-mina üzünə,
Saqican, qoyma çıxa dərdimi dünya üzünə.
Könlümün Kəbəsi bütxanə səfasın tapdı,
Ta ki tuş oldu gözüm bir büti-tərsa üzünə.
Eşidib naləsini eşqinə xatir, bir dəm,
Lütf edib gülmədi gül bülbüli-şeyda üzünə.
Zahid, etmək nə gərək məkr ilə məsciddə sücud,
Həqqə gəl, gəl bu bütün eylə təmaşa üzünə.
Müshəfi-eşqdir əlbəttə cəmali, Allah,
Bəxş edib zülfi, qaşı, kirpigi məna üzünə.
Var yəqinim ki, olar eşq ilə yüz yol məcnun,
Yarimin etsə nəzər bir kərə Leyla, üzünə.
Nə söz açım ki, fərəhdən dəxi, Qədri, haşa,
Bağlanar qəm qapısı aşiqi-rüsva üzünə.