Tahire Berrak
Həsrətini çəkən gözüm önündə
Sənli xatirələr yenə qonaqdır
Xəyala dönmüsən indi atacan
Cansız kölgən belə mənə uzaqdır
Təkcə solğun şəklin qalıb əlimdə
Adın da nəğməyə dönüb dilimdə
Doğma qucağından ayrı düşəli
Daha qabar əlin gəzmir telimdə.
Niyə sevinc gedib qəmi gətirib?!
Könül gülşənimdə tikan bitirib
Dünən oyuncağın itirən bu qız
Əsl qəhramanın bu gün itirib.