Kardeş Azerbaycan'ımızın;
9 Kasım Devlet Bayrağı Gününü,
12 Kasım Anayasa Günün ve
17 Kasım Milli Uyanış günü bayramlarını kutluyor.
Nigar Hesenzxade'nin bir şiiri ile onların bu mutlu günlerine yürekten coşkuyla katılıyoruz.
Edebiyatgazetesi.net
Qayıdışın mübarək
Otuz il saçımızı,illər sənsiz ağ hördü,
Gözümüzü duz basdı,,yumuldu kipriyimiz.
Otuz ildə daşıdıq çiynimizdə ağır yük,
Qəlbimizdə gizlətdik donmuş quşları da biz.
Ağırdı otuz gecə səssizcə dua etmək,
Ağırdı bu dünyanı əllərsiz qucaqlamaq.
Böyük qələbəmizçün yola düşdü əsgərlər,
Doğmaların qolunu çiyinlərdən ataraq.
Getdi əsgər,getdi xalq-sadiq qalıb vədinə,
Yarıb beton sədləri-yarıb qatı dumanı.
Otuz il arzuladıq səninlə bu görüşü,
Görürsənmi,sağaldır çapığını-yaranı.
Görürsən göy üzündə gözəlləşir mələklər,
Mənim qardaşlarımdı-Tanrı ilə görüşdə.
Bu işıq-bu şücayət bir daha sönən deyil,
Bu ölkədə-şəhərdə- astanada-girişdə.
Daha kədər susacaq-naziləcək qırışlar,
Bitişəcək hardasa köhnə çapıqlar belə.
Onlar bizim oğullar-ürəkdəki kişilər,
Qanımız-şöhrətimiz-onlar bizim Qələbə!
Torpaq oğul qoxuyur-Ana qoxuyur Vətən,
Otuz illik qurubda doğdu Günəş-doğdu Dan!
Silirik kobudluğun,satqınlığın izini
Yaralanmış zamanın bir daha yaddaşından.
Fırlanır Yer kürəsi yenə əvvəlki kimi,
Sağ qalanlar-uşaqlar-valideynlər naminə!
Tanrıya verilən vəd yerinə yetibsə də
Demək yaşayır hələ əsil insanlar yenə.
Xoş gəldin...həm ahını,həm əhfini öpürəm,
Bu axşam otuz ili atıb çiynimdən yük tək.
Bu axşam əks-səda oxuyur –Xoş gəlmisən!
Torpaq da cavab verir-Qayıdışın mübarək!
Nigar Həsənzadə